Yarışdan sonra Alpine F1-in idarəedici direktoru Stiv Nilsen bildirmişdi: “Bu nə etirazdır, nə də apellyasiya. Bu, bir qədər fərqli prosedurdur və bütün mövcud məlumatları və sübutları toplayaraq FIA ilə birlikdə stüardların pit-leyn sürət həddinin aşılması barədə qərara necə gəldiyini tam şəkildə araşdırmağa imkan verir. Biz hesab edirik ki, heç bir qayda pozuntusuna yol verməmişik…”
Beləliklə, komanda stüardları inandıra bilib ki, onların əlində Pyer Qasliyə pit-leyn sürət həddini aşdığı üçün verilmiş cəzaların səhv olduğunu göstərə biləcək yeni və mühüm sübutlar var.
Bu sübutlar ya Alpine bolidinin pit-leyn boyunca faktiki sürətinin 60 km/saatdan aşağı olduğunu göstərən məlumatlar, ya da yarış həftəsonu istifadə olunan sürətölçmə sistemlərinin tam dəqiq işləmədiyini sübut etməyə yönəlmiş materiallar ola bilər.
Hazırda komandanın təqdim etdiyi məlumatların araşdırılması prosesi davam edir. Lakin işin yekun nəticəsi ilə bağlı hər hansı proqnoz vermək üçün hələ tezdir.




Şərh əlavə et