Xəbəri Kokpitdə Oxuyun!

Barselonada 7 sürücü əvəz olunacaq

Barselona-Kataloniya Qran-prisinin ilk sərbəst yürüşlərində yeddi əsas sürücü yerini gənc pilotlara verəcək. Beləliklə, Kimi Antonelli, Lyuis Həmilton, Lando Norris, Ayzek Hacar, Aleks Elbon, Niko Hülkenberq və Serxio Peres bir saatlıq sessiyanı buraxacaqlar.

Reqlamentə əsasən, hər komanda mövsüm ərzində dörd dəfə Formula 1-də iki yarışdan az təcrübəsi olan sürücüyə bolid verməlidir. Həmçinin hər əsas sürücü mövsüm ərzində iki dəfə yerini gənc pilota təhvil verməlidir.

Barselonada dəyişikliklər belə olacaq:

  • Mercedes-də çempionatın lideri Kimi Antonellinin yerinə Frederik Vesti çıxacaq.
  • Ferrari-də Lyuis Həmiltonu Dino Beqanoviç əvəz edəcək.
  • McLaren-də Lando Norrisin yerinə Formula 2 çempionu Leonardo Fornaroli sükan arxasına keçəcək. İtaliyalı sessiyada 67 nömrəsi ilə çıxış edəcək.
  • Red Bull Racing-də Ayzek Hacarın bolidini Ayumu İvasa idarə edəcək.
  • Williams-da Aleks Elbonun yerinə Lyuk Brauninq çıxacaq.
  • Audi-də Niko Hülkenberqi Paul Aron əvəz edəcək.
  • Cadillac-da isə Kolton Herta Formula 1 həftəsonunda debüt edərək Serxio Peresin bolidini idarə edəcək.

Alpine, Racing Bulls, Haas və Aston Martin komandaları isə ilk sərbəst yürüşlərdə sürücü dəyişikliyi etməyəcəklər.

Rauf Hacıyev

Şərh əlavə et