Xəbəri Kokpitdə Oxuyun!

Yeni razılaşma əldə olunub

FIA-nın mətbuat xidməti mühüm razılaşmanın əldə olunduğunu təsdiqləyib. Federasiya, Formula 1 rəhbərliyi və komandalar 2027 və 2028-ci illər üçün texniki, idman və maliyyə reqlamentlərinə ediləcək dəyişikliklər paketini razılaşdırıblar.

Razılaşma 2026-cı il mövsümünün ilk yarışlarından etibarən güc qurğularında enerjinin paylanması ilə bağlı yaranan problemlərin müzakirəsi nəticəsində əldə olunub.

Razılaşdırılmış dəyişikliklər 2027 və 2028-ci illərdə daxiliyanma mühərrikləri ilə enerji bərpa sistemlərinin (ERS) güc payının mərhələli şəkildə yenidən bölüşdürülməsini nəzərdə tutur. Buraya daxiliyanma mühərriyinin gücü, yanacaq sərfiyyatı və enerji bərpa sistemlərinin parametrlərində dəyişikliklər də daxildir.

Yeni qaydalara əsasən, hər il daxiliyanma mühərriyinin rolu bir qədər artırılacaq və güc qurğusundakı ümumi payı yüksələcək.

Təklif olunan dəyişikliklər iyunun 23-də Makaoda keçiriləcək World Motor Sport Council iclasında təsdiq üçün səsverməyə çıxarılacaq.

Rauf Hacıyev

Şərh əlavə et