Bir gün əvvəl komanda Liam Louson və Arvid Lindbladın yarış həftəsonu ərzində geyinəcəyi futbol üslubunda hazırlanmış komanda formasını nümayiş etdirmişdi. Həmin vaxt VCARB 03 bolidlərinin də xüsusi dizayn alacağı açıqlanmışdı.
Bu gün isə Racing Bulls komandasının mətbuat xidməti yeni rəng çalarının renderlərini yayımlayıb. Dizayn iyunun 11-də start götürən futbol üzrə Dünya Çempionatına həsr olunub. Turnir Kanada, ABŞ və Meksikada keçiriləcək.

Bu, Racing Bulls-un cari mövsümdə təqdim etdiyi ilk xüsusi rəng çaları deyil. Komanda daha əvvəl Yaponiya və Mayami mərhələlərində də bolidlərini fərqli dizaynlarla yarışa çıxarmışdı.





Şərh əlavə et