Xəbəri Kokpitdə Oxuyun!

Fornaroli rəsmi olaraq F1-də debütə hazırlanır

Keçən ilin Formula 2 çempionu olan və hazırda McLaren komandasının ehtiyat sürücüsü kimi fəaliyyət göstərən Leonardo Fornaroli Formula 1 bolidinin sükanı arxasında rəsmi yarış həftəsonunda debüt edəcək.

Kokpit.az bildirir ki, 21 yaşlı italyan sürücü Barselonada keçiriləcək mərhələnin ilk sərbəst yürüşlərində dünya çempionu Lando Norrisi əvəzləyəcək.

Leonardo Fornaroli: “İspaniyada keçiriləcək ilk sərbəst yürüşlərdə MCL40-ın sükanı arxasına keçəcəyim anı səbirsizliklə gözləyirəm. Bu, komandanın mərhələyə hazırlığında kömək etmək və cümə günü üçün nəzərdə tutulan proqramı yerinə yetirmək baxımından əla fürsətdir.

Bu mənim üçün çox vacib məqamdır, çünki qarşıdakı sessiya Formula 1-də ilk rəsmi çıxışım olacaq. Bu ana gəlmək üçün uzun yol keçmişəm və növbəti addımı məhz McLaren Racing ilə atmaq imkanı əldə etdiyim üçün çox minnətdaram.

Bu il əvvəlki mövsümlərin bolidləri ilə keçirilən testlərdə (TPC) qazandığım təcrübə inkişafım üçün çox faydalı olub və Formula 1 maşınının idarəetmə xüsusiyyətlərini daha yaxşı anlamağıma kömək edib.

Mən Zek Brouna, Andrea Stellaya və Alessandro Alunni Braviyə davamlı dəstəklərinə görə təşəkkür etmək istəyirəm. Cümə günü sükan arxasına keçəcəyim anı səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et