Bu açıqlamalardan sonra Ferrari-nin əyləc sistemləri təchizatçısı olan Brembo rəsmi bəyanat yayıb və Leklerin yarışdan sonrakı fikirlərinə münasibət bildirib.
Bəyanatda deyilir: “Brembo Şirkətlər Qrupu Monako Qran-prisi zamanı Şarl Leklerin yaşadığı problemlə bağlı təəccübünü ifadə edir və sürücünün yarışdan sonra verdiyi açıqlamalara görə də təəccübləndiyini bildirir.
Brembo ilə Ferrari arasındakı əməkdaşlıq 50 ildən artıqdır davam edir və bu tərəfdaşlıq AP Racing və Öhlins kimi digər markaları da əhatə edir ki, bu da əməkdaşlığın miqyasını və möhkəmliyini göstərir.
Hazırda şirkət Şarl Leklerin yaşadığı problemin səbəblərini bilmir və buna görə də mövcud məlumatlar tam təhlil edilmədən yekun nəticələr çıxarmağın tez olduğunu hesab edir. Belə hallarda insidentin dəqiq səbəbini müəyyənləşdirmək üçün komandanın mühəndisləri ilə birlikdə telemetriya məlumatlarının araşdırılması vacibdir.
Brembo hazırda Formula 1-də etalon hesab olunur və start düzümündəki bütün bolidlər üçün əyləc sistemləri təmin edir. Dünya çempionatında iştirak edən komandalar uzun illərdir Brembo məhsullarını seçməyə davam edir və bununla da şirkətin etibarlılığını, innovativliyini və yüksək performansını təsdiqləyirlər”.
Beləliklə, Brembo Leklerin iddialarını birbaşa təkzib etməsə də, problemin səbəbi barədə yekun qərar vermək üçün əvvəlcə Ferrari ilə birlikdə bütün telemetriya məlumatlarının təhlil edilməsinin vacib olduğunu vurğulayıb.




Şərh əlavə et