Monako Qran Prisini üçüncü yerdə başa vuran gənc pilot ilk dəfə Red Bull Racing ilə podiuma yüksəlib. Bununla belə, fransalı pilot hələ də üçüncü yeri itirə bilər, çünki stüardlar qırmızı bayraq rejimində mümkün qayda pozuntusunu araşdırırlar.
Ayzek Hacar: “Startı təmiz aldım və yarışı nəzarətdə saxlayırdım. Amma təxminən 10-cu və 15-ci dövrələr arasında düzlüklərdə sürətlənmə ilə bağlı ciddi problemlər yaşamağa başladım. Əgər bunun ən az problem yaratmalı olduğu bir tras varsa, o da Monakodur. Buna baxmayaraq, növbəti 60 dövrəni bu vəziyyətdə keçirmək inanılmaz dərəcədə çətin idi.
Restart zamanı ümumiyyətlə gücüm yox idi və iki mövqe itirdim. Daha əvvəl heç vaxt döngələrdə maşından bu qədər maksimum nəticə çıxarmağa çalışmamışdım.
Həftəsonunun ilk sərbəst yürüşlərdəki qəza ilə başladığını nəzərə alsaq, bu, əla nəticədir. Açığı, vəziyyəti düzəldə biləcəyimizə tam əmin deyildim, amma bunu bacardıq”.




Şərh əlavə et