Monako Qran Prisini ikinci yerdə başa vuran britaniyalı sürücü mövsümdəki ən yaxşı nəticəsini təkrarlayıb və knyazlığın küçələrində keçirilən yarışlarda podium sayına görə Ayrton Senna ilə eyni göstəriciyə çatıb.
Lyuis Həmilton: “İlk növbədə Kimini və Mercedes komandasını, mənim köhnə ailəmi təbrik etmək istəyirəm. Onlar bunu yenidən bacardılar. Möhtəşəm maşın hazırlayıblar, Kimi isə hər həftəsonu maksimumunu ortaya qoyaraq işinin öhdəsindən əla gəlir. Bu, həqiqətən təsir edicidir və mən onların adına sevinirəm.
Son aylarda irəliləyiş əldə etmişik, amma hələ də onların tempinə çata bilmirik. Onların səviyyəsinə yüksəlmək üçün bizi çox ciddi iş gözləyir. Buna baxmayaraq, Monakoda ikinci yer pis nəticə deyil, xüsusilə də belə çətin şəraitdə. Bu nəticədən çox razıyam”.




Şərh əlavə et