Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: İnanılmaz yarış oldu

Mercedes komandasının sürücüsü Kimi Antonelli bildirib ki, yarışda restartın verilməsini istəməyib. 

Monako Qran Prisində poul mövqeyindən start alan italyan sürücü qüsursuz performans sərgiləyərək ardıcıl beşinci qələbəsini qazanıb. Təhlükəsizlik maşını rejimlərinə, qırmızı bayraqlara və trasın son döngəsində asfaltın dağılması kimi hadisələrə baxmayaraq, 19 yaşlı Mercedes pilotu soyuqqanlılığını qoruyub və sonda mükafatı II Albert-nin əlindən qəbul edib.

Kimi Antonelli: “İnanılmaz həftəsonu, inanılmaz yarış oldu! Bu, maşınımızın əla sürət nümayiş etdirə bildiyi günlərdən biri idi və mənim üçün hər şey tamamilə təbii şəkildə inkişaf etdi.

Maşın əla işləyirdi, ona güvənə və inamla hücum edə bilirdim. Bu gün böyük zövq aldım, amma iş hələ tamamlanmayıb, çünki mövsümün sonuna qədər hələ çox yol var. Hücum etməyə və meyarı daha da yüksəltməyə davam etməliyik.

Məqsədimiz bu səviyyədə çıxış etməyi davam etdirməkdir. Komandamız möhtəşəm işləyib və mənim üçün əla maşın hazırlayıb. Həm komandadan, həm də ailəmdən böyük dəstək hiss edirəm. Bu, həqiqətən çox xoşbəxt bir andır!

Açığı, restart verilməsini çox istəmirdim. Lakin bu qərar açıqlananda emosiyaları kənara qoyub fikirlərimi topladım, yenidən diqqətimi cəmlədim və telemetriya məlumatlarının bir hissəsini yoxladım.

Restart zamanı təkərləri normal temperatur diapazonuna gətirməyə çalışdım. Sürət yığandan sonra isə artıq bilirdim ki, ilk döngəyə birinci girəcəyəm. Ondan sonra qalan bir neçə dövrədən sadəcə həzz aldım”.

 

Rauf Hacıyev

Şərh əlavə et