Xəbəri Kokpitdə Oxuyun!

Peres və Hacar stüardlar tərəfindən çağırılıb

Monako Qran Pisində üçüncü yeri tutan Ayzek Hacarın nəticəsi təhlükə altına düşüb. Red Bull Racing komandasının sürücüsü və komanda nümayəndələri qırmızı bayraqlar rejimində qayda pozuntusu ilə bağlı stüardların yanına çağırılıblar.

Məlum olub ki, yarış qırmızı bayraqlarla dayandırıldıqdan sonra komandanın mexanikləri Hacarın bolidində icazə verilməyən əməliyyatlar həyata keçiriblər. FIA nümayəndələri görülən işlərlə maraqlandıqda, mexaniklər işləri dayandıraraq bolidi əvvəlki vəziyyətinə qaytarıblar. Bununla belə, heç bir detalın dəyişdirilmədiyi bildirilib.

Stüardların qarşısına çıxacaq digər sürücü isə Cadillac komandasına Formula 1-də ilk xalını qazandıran Serxio Peresdir. Meksikalı sürücü start düzlüyünə gedərkən digər bolidləri keçmək üçün pit yolunun çıxışını trasdan ayıran ağ xətti keçib.

Peresin hesabında daha bir qayda pozuntusu da var. O, yarışın restartı zamanı bolidini start düzülüşündə düzgün mövqedə yerləşdirməyib.

Rauf Hacıyev

Şərh əlavə et