Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Problemlər var

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, onun bolidində problemlər var və buna görə çətinlik yaşayır. 

Kokpit.az xatırladır ki, monakolu sürücü vətənindəki yarışda ən böyük favorit sayılsa da, 28 yaşlı pilot sıralanma turunda dördüncü olub və o, son cəhdində baryerə təmas edərək, bolidini zədələyib.

Şarl Lekler: “Düşünürəm ki, sıralanma turundakı nəticə bir neçə amilin bir araya gəlməsinin nəticəsidir. Son iki uğursuz həftəsonunun təsirini hiss edirik. Mənim bolidimdə müəyyən problem var və hazırda bununla bağlı çətinlik yaşayıram.

Hesab edirəm ki, həll yolunu tapmışıq. Lakin bunu yalnız Barselonada sınaqdan keçirə biləcəyik və vəziyyətin yaxşılaşıb-yaxşılaşmadığını orada görəcəyik. Hazırda bolidin davranışı kifayət qədər sabit deyil. Buna görə də sıralama turunun son hissəsində limitin harada olduğunu tam bilmədən hücum etməli oldum və nəticədə həddi aşdım.

Bu trası çox sevirəm, mövsümdə ən sevdiyim trasdır. Lakin  burada sürətli olmaq kifayət etmir. Bolidə güvənməli, onun hərəkətlərinə necə reaksiya verdiyini dəqiq bilməlisən. Tras üzərində onu necə yerləşdirəcəyini hiss etməlisən. Bu həftəsonu isə bunu etmək mənim üçün çətin idi. Əyləcə basanda döngəyə daxil olarkən özümü harada tapacağımı bilmirdim. Monrealda da eyni problemlə üzləşmişdik və sadəcə çıxış yolu tapmağa çalışmalıyıq.

Bolidin müəyyən zədə aldığı dəqiqdir. Ancaq bunun sabahkı yarışa ciddi təsir göstərəcəyindən çox narahat deyiləm. Bununla belə, hələ komanda ilə danışmamışam və vəziyyətin nə yerdə olduğunu dəqiq bilmirəm”.

Rauf Hacıyev

Şərh əlavə et