Xəbəri Kokpitdə Oxuyun!

Audi-yə xəbərdarlıq verilib

Audi komandasına Monako Qran-prisinin sıralama turunda baş verən hadisəyə görə stüardlar tərəfindən xəbərdarlıq edilib.

Hadisə zamanı Niko Hülkenberq sürətli dövrəsini başa vurduqdan sonra trasda aşağı sürətlə hərəkət edirdi. Həmin anda tuneldə onu Şarl Lekler yaxalayıb.

Araşdırma zamanı məlum olub ki, bundan əvvəl komanda mühəndisi Hülkenberqə arxasında heç bir bolidin olmadığını bildirib. Lakin bu məlumat həqiqəti əks etdirməyib, çünki Lekler həmin vaxt artıq onun arxasında yaxınlaşmaqda idi.

Stüardlar hadisəyə görə Audi komandasını məsul hesab etsələr də, əlavə cəza tətbiq etməyərək xəbərdarlıqla kifayətləniblər.

Rauf Hacıyev

Şərh əlavə et