Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Startda görək nə olur

Pol uğrunda mübarizədə Kimi Antonellidən cəmi 0,043 saniyə geri qalan Maks Ferstappen Monakoda ilk cərgədən start alacaq.

Red Bull Racing komandasının  sürücüsü nəticədən razı qalsa da, bu mövsüm startlarda xüsusilə güclü təsir bağışlayan Ferrari pilotlarından ehtiyat etdiyini gizlətməyib.

Maks Ferstappen: “Əgər dünən mənə desəydilər ki, ilk cərgədən start alacağam, dərhal razılaşardım. Bu gün məşqlərdə maşınla bağlı müəyyən çətinliklərimiz var idi, ona görə də belə nəticə çox müsbətdir.

Sıralanma turunun necə keçdiyindən və dövrələri necə tamamladığımdan çox razıyam. Trafiklə və divarların həddən artıq yaxın olması ilə mübarizə aparmalı olsam da, nəticədən məmnunam.

Sabah startın necə alınacağını görəcəyik. Bizim maşınla start vermək kifayət qədər çətindir, üstəlik arxamda startları çox yaxşı alınan iki maşın var. Ona görə də nə baş verəcəyinə baxacağıq . Bu gün yaxşı gün idi və sıralanma turundan həqiqətən zövq aldım”.

Rauf Hacıyev

Şərh əlavə et