Start verildikdən sonra sürücülər trasa çıxıblar və 15 dəqiqəlik Q1 sessiyası başlayıb.
Q1
Bir neçə hazırlıq dövrəsindən sonra sürücülər tempi artırıblar. Toprak Razqatlıoğlu 1:38.074 nəticə ilə liderliyə yüksəlib. Dövrəsini tamamladıqdan dərhal sonra isə ilk döngədə motosikletinin arxa hissəsində qısa müddətli ilişmə itkisi yaşayıb və qəza təhlükəsi ilə üzləşib. Lakin vəziyyəti nəzarət altına alan türkiyəli sürücü sessiyanı davam etdirib.
Xoan Mir 1:37.949 nəticə ilə birinci yerə yüksəlib. Ardınca Enea Bastianini 1:37.815 nəticə göstərərək Miri geridə qoyub.
Toprak ikinci cəhdində əylənmə zonasında vaxt itirdiyi üçün sürətli dövrəsini yarımçıq saxlayaraq boksa qayıdıb.
Toprak kimi arxa hissədə ilişmə problemi yaşayan digər Yamaha sürücüsü Fabio Kuartararo da qəza təhlükəsini son anda sovuşdurub.
Q1-in son beş dəqiqəsinə yaxın sürücülər yenidən trasa çıxıblar və nəticələr yaxşılaşmağa başlayıb.
Luka Marini 1:37.594 nəticə ilə Bastianinini qabaqlayaraq liderliyə yüksəlib. Xoan Mir 1:37.756 ilə ikinci yerə çıxıb. Françesko Banyaya isə 1:37.443 nəticə ilə ilk pilləni ələ keçirib.
Sessiyanın bitməsinə təxminən iki dəqiqə qalmış Bred Binder ağır qəza keçirərək çınqıl zonasına çıxıb. Qısa müddətlik sarı bayraqlar səbəbindən Toprak Razqatlıoğlu sürətli dövrəsini ləğv etmək məcburiyyətində qalıb.
Luka Marini yaxşı dövrə vursa da, ikinci yerdən irəli gedə bilməyib. Xoan Mir də nəticəsini yaxşılaşdıra bilməyib. Son cəhdində döngələrdə istədiyi tempi tapa bilməyən Toprak Q1-də mübarizəni dayandırıb və yarışa 18-ci pillədən başlamaq hüququ qazanıb.
Təxminən 10 dəqiqəlik fasilədən sonra sürücülər yenidən pit yolunda düzülüblər və Q2 sessiyasına start verilib.
Q2
Q2-nin ilk dəqiqələrində Mark Markes yüngül qəza keçirib, lakin motosikletini dayandırmadan ayağa qalxaraq sessiyanı davam etdirib. Onunla eyni vaxtda qəzaya uğrayan digər sürücü isə Fabio Di Cianantonio olub. O da qısa müddət sonra yenidən trasa qayıdıb.
İlk sürətli dövrəsini tamamlayan Pedro Akosta 1:37.419 nəticə ilə liderliyə yüksəlib, daha sonra isə vaxtını 1:37.228-ə qədər yaxşılaşdırıb.
Xorxe Martin cüzi fərqlə Akostadan geri qalaraq ikinci pilləyə yüksəlib. Sessiya ərzində ikinci yer bir neçə dəfə sahib dəyişib.
Sonrakı dövrələrdə Fermin Aldeqer 1:37.585 nəticə ilə ikinci olub. Lakin dərhal sonra Mark Markes 1:37.467 nəticə göstərərək bu mövqeni ələ keçirib.
Fabio Di Cianantonio 1:37.426 nəticə ilə ikinci yerə yüksəlib. Pedro Akosta isə 1:36.888 nəticə göstərərək liderliyini daha da möhkəmləndirib.
Sessiyanın son dəqiqələrində Mark Markes yüksək temp tutaraq 1:36.791 nəticə ilə liderliyə yüksəlib. Akosta dərhal cavab verməyə çalışsa da, şəxsi rekordunu yaxşılaşdırmasına baxmayaraq Markesi keçə bilməyib və ondan 0.047 saniyə geri qalıb.
Mark Markes son sürətli dövrəsində 1:36.785 nəticə göstərərək vaxtını bir qədər də yaxşılaşdırıb və poul mövqeyini rəsmiləşdirib.




Şərh əlavə et