Xəbəri Kokpitdə Oxuyun!

Macarıstanda ikinci sərbəst yürüşləri Markes zirvədə tamamlayıb

MotoGP üzrə Macarıstan Qran Prisinin ikinci sərbəst yürüş sessiyasını lider tamamlayan sürücü Mark Markes olub.

Balaton Park trasında 30 dəqiqəlik ikinci məşq sessiyası günəşli hava şəraitində start götürüb.

İlk dəqiqələrdən sonra liderliyə yüksələn ilk sürücü Fabio Di Cianantonio olub. O, 1:39.359 nəticə göstərib. Lakin daha sonra nəticələr sürətlə yaxşılaşmağa başlayıb.

Toprak Razqatlıoğlunun komanda yoldaşı Cek Miller 5-ci döngədə trasdan qısa müddətə kənara çıxıb. Bu vaxt Raul Fernandes 1:37.944 nəticə ilə liderliyə yüksəlib.

Sessiyanın yarısına çatarkən isə Mark Markes 1:37.596 nəticə ilə ilk pillədə qərarlaşıb. Toprak Razqatlıoğlu həmin anda liderdən 1.122 saniyə geri qalaraq 12-ci yerdə olub.

Qalan dəqiqələr nisbətən sakit keçib və nəticəsini daha da yaxşılaşdıran Mark Markes sessiyanı birinci pillədə başa vurub.

Fabio Di Cianantonio liderdən 0.136 saniyə geri qalaraq ikinci olub. Pedro Akosta isə üçüncü yeri tutub.

İlk beşliyi Marko Bezzekki və Fermin Aldeqer tamamlayıblar.

 

Rauf Hacıyev

Şərh əlavə et