Cümə gününün yekununda ən sürətli nəticələri Ferrari pilotları göstəriblər. Lyuis Həmilton birinci, Şarl Lekler ikinci olub. Niderlandlı sürücü isə liderdən cəmi 0,168 saniyə geri qalaraq üçüncü yeri tutub və şənbə günü keçiriləcək sıralama turu öncəsi əsas favoritlər sırasında yer alıb.
Maks Ferstappen: “Düzünü desəm, gün kifayət qədər pozitiv alındı. Maşında özümü rahat hiss edirəm və Monako kimi trasda bu xüsusilə vacibdir. Amma sazlamalar üzərində hələ də incə tənzimləmələr aparmalıyıq.
Ferrari pilotları çox sürətli görünürlər, lakin sabah onlara bir qədər də yaxınlaşmağa çalışacağıq.”
Dördqat dünya çempionu əlavə edib ki, komanda hazırkı vəziyyətdən razıdır, lakin inkişaf üçün hələ imkanlar qalır:”Hazırkı formamızdan məmnunuq. Lakin həmişə olduğu kimi, maşından daha çox nəticə çıxarmağa çalışacağıq. Görək, sıralama turunda hansı nəticəni göstərə biləcəyik”.




Şərh əlavə et