Marşallar bolidi təxliyə etməyə hazırlaşarkən məlum olub ki, maşında muftanın ayrılması sistemi (CDS – Clutch Disengagement System) işləmir. Bu isə Formula 1 reqlamentinin C9.3 maddəsinin pozulması hesab edilib.
Hadisə ilə bağlı sürücü və komanda nümayəndələri stüardların qarşısına çıxarılıb. Telemetriya məlumatları və video görüntülər araşdırıldıqdan sonra qərar verilib ki, McLaren 30 min avro cərimələnsin.
Bu məbləğin 10 min avrosu şərti xarakter daşıyır. Əgər komanda növbəti 12 ay ərzində eyni qayda pozuntusuna yol versə, həmin məbləğ də tam şəkildə tutulacaq.
Araşdırma zamanı McLaren nümayəndələri etiraf ediblər ki, aerodinamik məqsədlərlə CDS sistemini aktivləşdirən düymənin üzərinə şəffaf lent yapışdırıblar. Stüardların fikrincə, bu addım sistemin əsas funksiyasını tamamilə aradan qaldırıb. Çünki CDS qəza və ya nasazlıq zamanı marşalların qoruyucu əlcəklərlə belə sistemi sürətlə aktivləşdirməsi üçün nəzərdə tutulub.
Komanda həmçinin etiraf edib ki, lenti heç bir alətdən istifadə etmədən qoparmaq və düyməni basmaq mümkün olmayıb.
FIA bildirib ki, Kanadada oxşar pozuntuya görə Racing Bulls komandasına verilən cərimədən daha sərt sanksiya tətbiq olunmasının məqsədi bütün komandaların CDS sisteminin təhlükəsizlik baxımından əhəmiyyətini daha ciddi nəzərə almasını təmin etməkdir.




Şərh əlavə et