Kokpit.az xatırladır ki, monakolu sürücü Monte Karlonun dar küçələrində birinci sərbəst yürüşləri zirvədə bağlasa da, ikinci sərbəst yürüşlərdə komanda yoldaşı Həmiltondan təxminən 0.1 saniyə geridə qalıb.
Doğma trasında çıxış edən Ferrari sürücüsü komandanın hələ də üzərində işləməli olduğu məqamların qaldığını vurğulayıb.
Şarl Lekler: “Çətin gün oldu. Komandanı hələ çox iş gözləyir. Xüsusilə də maşının balansı üzərində işləməliyik. Bu trası çox sevirəm və yenidən burada sükan arxasına qayıtmaq əladır.
Sıralanma turunda mübarizənin son dərəcə gərgin keçəcəyini gözləyirəm. Buna görə də ümid edirəm ki, sabaha qədər irəliyə doğru addım ata və poul uğrunda mübarizə apara biləcəyik”.
Ferrari hər iki sərbəst yürüşdə yüksək temp nümayiş etdirib. Buna baxmayaraq, Lekler hesab edir ki, rəqiblər də çox yaxındırlar və Monakoda ən kiçik detal belə sıralanma turunun nəticəsinə ciddi təsir göstərə bilər. Doğma küçələrdə növbəti poulunu qazanmaq isə monakolu pilotun əsas hədəflərindən biri olaraq qalır.




Şərh əlavə et