Britaniyalı sürücü sessiyada komanda yoldaşı Şarl Lekleri 0,11 saniyə qabaqlayaraq protokola başçılıq edib və Ferrari-nin həftəsonuna güclü başladığını təsdiqləyib.
Lyuis Həmilton: “Ümumilikdə məhsuldar gün keçirdik və maşın ilk dövrələrdən etibarən yaxşı idarə olunurdu. Komanda əla iş gördü və iki məşq arasında sazlanmalarda dəyişikliklər etdi. Planlaşdırdığımız proqramı ciddi problem yaşamadan yerinə yetirə bildik.
Monakoda hər zaman qeyri-adi çətinliklərlə üzləşirsən. Trasdakı nahamarlıqlar və baryerlərin çox yaxın olması səbəbindən düzgün balans tapmaq və bütün elementləri bir araya gətirmək asan deyil.
Bununla belə, hesab edirik ki, hələ də inkişaf etmək imkanımız var. Axşam saatlarında xırda detallara diqqət yetirəcəyik. Fərqlər çox kiçikdir və sıralanma turundan əvvəl üzərində işləməli olduğumuz kifayət qədər məqam var”.
Ferrari hər iki məşq sessiyasında rəqabətədavamlı görünməyi bacarıb. Buna görə də Şarl Lekler və Lyuis Həmilton şənbə günü keçiriləcək və Monakoda adətən yarışın taleyini müəyyən edən sıralanma turunun əsas favoritləri arasında göstərilir.




Şərh əlavə et