Bu həftəsonu Monakoda pit yolu üçün maksimal sürət həddi 60 km/saat müəyyən edilib. Alonso bu zonadan 60,5 km/saat, Antonelli isə 60,1 km/saat sürətlə keçib.
Qaydalara uyğun olaraq, stüardlar hər iki pozuntuya görə Aston Martin və Mercedes komandalarını 100 avro məbləğində cərimələyiblər.
Belə hallarda məsuliyyət sürücülərin deyil, komandaların üzərinə düşür. Formula 1-də pit yolu sürət limitinin hətta çox cüzi şəkildə aşılması da avtomatik olaraq maliyyə cəriməsi ilə nəticələnir. Monako kimi dar və sıx traslarda isə bu qaydalara xüsusilə ciddi nəzarət olunur.




Şərh əlavə et