Britaniyalı sürücü pit yolu boyunca 60,3 km/saat sürətlə hərəkət edib. Halbuki bu həftəsonu üçün müəyyən edilmiş maksimal sürət həddi 60 km/saatdır.
Qaydalara əsasən, pit yolunda sürətin hətta cüzi şəkildə aşılması da cəzalandırılır. Buna görə stüardlar Mercedes komandasına 100 avro məbləğində cərimə tətbiq ediblər.
Belə pozuntular Formula 1-də adətən pilotun deyil, komandanın məsuliyyəti hesab olunur və maliyyə cəriməsi məhz komandaya verilir. Monakoda pit yolunun dar olması və hərəkətin intensivliyi səbəbindən sürət limitinə xüsusi diqqət yetirilir.




Şərh əlavə et