Xəbəri Kokpitdə Oxuyun!

Lindblad da xəbərdarlıq alıb

Monako Qran-prisinin ilk sərbəst yürüşlərində sıx trafik yenidən mübahisəli epizodlara səbəb olub. Rəqibinə mane olan pilotlardan biri Racing Bulls komandasının sürücüsü Arvid Lindblad olub.

Stüardlar hadisəni araşdıraraq telemetriya məlumatlarını, videoyazıları və komandaların izahatlarını nəzərdən keçiriblər. Həm Arvid Lindblad, həm də Oskar Piastri və onların komandalarının nümayəndələri dinlənilib.

Araşdırmanın nəticəsinə əsasən, Lindblad həqiqətən də trasda Piastriyə mane olub və bu, McLaren sürücüsünün işinə mənfi təsir göstərib.

Məlum olub ki, insidentin əsas səbəbi komandanın səhv məlumat verməsi olub. Lindbladın mühəndisi radio vasitəsilə ona Oskar Piastrinin sürətli dövrəsini dayandırdığını bildirib. Əslində isə McLaren pilotu trasda qalıb və sürətli dövrəsinə davam edib.

Stüardlar sürücünün hadisədə birbaşa günahının olmadığını nəzərə alaraq bunu yüngülləşdirici hal kimi qiymətləndiriblər. Nəticədə Arvid Lindblad da Şarl Lekler kimi formal xəbərdarlıq alıb və əlavə cəza ilə üzləşməyib. Monakoda ilk məşqlərdən sonra belə xəbərdarlıqların sayının artması isə dar şəhər trasında trafik probleminin bu il də əsas mövzulardan biri olduğunu göstərir.

Rauf Hacıyev

Şərh əlavə et