Əsas məşq sessiyası başlamazdan əvvəl havanın temperaturu 19°C, trasın temperaturu isə 29°C olub. Start siqnalından sonra sürücülər trasa çıxıblar və bir saatlıq sessiya başlayıb.
Sessiyanın ilk hissəsində Fermin Aldequer 1:38.463 nəticə göstərərək güclü start edib və liderliyə yüksəlib. Onun ən yaxın izləyicisi Pedro Akosta olub.
İlk dövrələrdən sonra küləyin gücü artıb. Bəzi sürücülər döngələrdə balans tapmaqda çətinlik çəkərkən, Aldequer 1:38.162 nəticə ilə liderliyini daha da möhkəmləndirib.
Akostanın boksa qayıtmasından sonra Marko Bezzekki Aldequerdən cəmi 0.134 saniyə geri qalaraq ikinci pilləyə yüksəlib.
Toprak Razqatlıoğlu sessiyanın təxminən 15-ci dəqiqəsində yaxşı temp tutaraq 1:38.891 nəticə ilə altıncı yerə yüksəlib. Bu tempi qorumaq üçün daha sonra sazlanma işləri məqsədilə boksa qayıdıb.
Sessiyanın ilk yarısı başa çatarkən Pedro Akosta 1:37.741 nəticə ilə Aldequerin vaxtını geridə qoyaraq liderliyə yüksəlib.
Bezzekki 1:37.916 nəticə ilə ikinci yerə çıxıb. Lakin Akosta qısa müddət sonra 1:37.418 nəticə göstərərək üstünlüyünü daha da artırıb.
Mark Markes isə arxa Medium təkərlə vurduğu 11 dövrədən sonra 1:37.943 nəticə göstərərək Bezzekkini qabaqlayıb və ikinci pilləyə yüksəlib.
Sessiyanın ilk yarısından sonra sürücülərin əksəriyyəti boksa qayıdıb.
Son 15 dəqiqədə pilotlar yenidən trasa çıxıblar və nəticələr yaxşılaşmağa başlayıb.
Toprak Razqatlıoğlu 1:38.459 nəticə ilə 15-ci yerə geriləyib. Raul Fernandes ilk hissədə yaxşı temp nümayiş etdirsə də, 1:38 həddini aşa bilməyərək nəticəsini yaxşılaşdıra bilməyib.
Pedro Akosta isə 4-cü döngədə kiçik balans problemi yaşasa da, dərhal toparlanaraq sürətli dövrəsinə başlayıb. Finiş xəttini keçdikdən sonra 1:37.401 nəticə göstərərək rekordunu yeniləyib.
Toprakın komanda yoldaşı Cek Miller 1:38.290 nəticə ilə 13-cü pilləyə yüksəlib. Fabio Kuartararo isə onun arxasında qalıb.
Sessiyanın başa çatmasına təxminən dörd dəqiqə qalmış Françesko Banyaya sürətli dövrəsi zamanı qəzadan son anda yayına bilib. Buna baxmayaraq, 1:37.986 nəticə ilə yeddinci pillədə qərarlaşıb. Dioqo Moreyra isə altıncı yerə yüksəlib.
Sessiyanın son iki dəqiqəsində Pedro Akosta tempini daha da artıraraq 1:36.827 nəticə göstərib.
Mark Markes düzlükdə sürətləndikdən sonra döngədə motosikleti lazımi qədər yavaşıda bilməyib və nəzarətli şəkildə çınqıl zonasına çıxaraq sürətli dövrəsini yarımçıq qoyub. Fabio Di Cianantonio isə son anda vurduğu dövrə ilə ikinci pilləyə yüksəlib.
Damalı bayraq göstərilməzdən əvvəl son sürətli dövrəsinə başlayan Toprak Razqatlıoğlu 1:37.925 nəticə göstərərək sessiyanı 12-ci pillədə tamamlayıb.




Şərh əlavə et