Xəbəri Kokpitdə Oxuyun!

Lekler və Norrisə cəza gəlib

Ferrari komandasının pilotu Şarl Lekler və McLaren-in sürücüsü Lando Norris cümə axşamı FIA-nın rəsmi mətbuat konfransına gecikdiklərinə görə Monako Qran-prisinin stüardları tərəfindən araşdırılıblar.

Adətən bu cür intizam pozuntularına görə FIA kifayət qədər sərt mövqe nümayiş etdirir və reqlament qaydalarına ciddi əməl olunmasını tələb edir. Lakin bu dəfə hər iki pilot nisbətən yüngül cəza ilə canını qurtarıb.

Hadisənin bütün hallarını nəzərdən keçirən stüardlar Şarl Lekler və Lando Norrisə 5000 avro məbləğində şərti cərimə tətbiq ediblər.

Bu cərimə növbəti 12 ay ərzində qüvvədə olacaq. Əgər pilotlardan hər hansı biri bu müddət ərzində oxşar qayda pozuntusuna yol verərsə, həmin 5000 avroluq cərimə dərhal real qüvvəyə minəcək.

Rauf Hacıyev

Şərh əlavə et