Xəbəri Kokpitdə Oxuyun!

Monakoda ilk məşqlər: Lekler hamıdan sürətli, Həcər qəza edi

Monako Qran Prisinin ilk sərbəst yürüşləri ənənəvi olaraq yarışın özündən heç də az maraqlı keçməyib. Həftəsonunun əvvəlində tras ən zəif vəziyyətdə olur, pilotların əksəriyyəti isə ilk sessiyada maksimum hücuma keçmədən, şəhər trasının xüsusiyyətlərinə uyğunlaşmağa çalışırlar. Lakin məhz bu mərhələdə səhv etmək riski daha yüksək olur.

Bu il bir neçə komanda Monakoya texniki yeniliklərlə gəlib. Xüsusilə McLaren yeni detalların səmərəliliyini yoxlamaq üçün ilk məşq sessiyasından fəal istifadə edib. Komandanın maşınları aerodinamik boya ilə trasa çıxaraq mühəndislərə əlavə məlumat toplayıb.

Sessiya hadisələrlə zəngin olub. Lyuis Həmilton təkərlərini bloklayaraq təhlükəsizlik zonasına çıxıb. Pyer Qaslinin maşınından aerodinamik elementlərin bir hissəsi qopub.

Sessiyanın 35-ci dəqiqəsində isə qırmızı bayraqlar dalğalanıb. Ayzek Hacar 15-ci və 16-cı döngələrdən ibarət şikanda idarəetməni itirərək düz xətt üzrə baryerə çırpılıb. Qəza nəticəsində sol arxa təkər qopub, ön və arxa qanadlar zədələnib. Beləliklə, Red Bull pilotu üçün ilk məşq vaxtından əvvəl başa çatıb.

Liam Louson da baryerə toxunsa da, onun maşını ciddi zərər görməyib.

Sessiya ikinci dəfə Fernando Alonsonun tuneldən çıxışda baryerə toxunmasından sonra dayandırılıb. Trasda qalan qırıntıların təmizlənməsi üçün qırmızı bayraqlar yenidən göstərilib.

Günün sonunda protokola ev trasında çıxış edən Şarl Lekler başçılıq edib. Ferrari komandasının pilotu ən yaxşı dövrəsini 1:13.978 nəticə ilə tamamlayıb. İkinci yeri tutan komanda yoldaşı Lyuis Həmilton isə ondan 0,226 saniyə geri qalıb.

Sıra Pilot Komanda Vaxt Fərq Dövrə
1 Ş.Lekler Ferrari 1:13.978 31
2 L.Həmilton Ferrari 1:14.204 +0.226 28
3 M.Ferstappen Red Bull 1:14.491 +0.513 26
4 K.Antonelli Mercedes 1:14.537 +0.559 31
5 D.Rassell Mercedes 1:14.983 +1.005 29
6 L.Norris McLaren 1:15.291 +1.313 27
7 N.Hülkenberq Audi 1:15.343 +1.365 27
8 O.Piastri McLaren 1:15.565 +1.587 29
9 G.Bortoleto Audi 1:15.750 +1.772 31
10 P.Qasli Alpine 1:15.828 +1.850 32
11 A.Elbon Williams 1:15.989 +2.011 33
12 K.Sayns Williams 1:16.041 +2.063 31
13 A.Hadjar Red Bull 1:16.148 +2.170 14
14 S.Peres Cadillac 1:16.170 +2.192 28
15 F.Kolapinto Alpine 1:16.189 +2.211 32
16 O.Birman Haas 1:16.292 +2.314 31
17 E.Okon Haas 1:16.333 +2.355 31
18 A.Lindblad Racing Bulls 1:16.389 +2.411 34
19 L.Louson Racing Bulls 1:16.431 +2.453 31
20 F.Alonso Aston Martin 1:16.678 +2.700 21
21 V.Bottas Cadillac 1:17.460 +3.482 27
22 L.Stroll Aston Martin 1:17.556 +3.578 16

Rauf Hacıyev

Şərh əlavə et