Xəbəri Kokpitdə Oxuyun!

O.Piasti: McLarenlə çox qələbələr qazanmaq istəyirəm

McLaren komandası 1000-ci Qran Prisinə doğru gedir, bu hadisə hələ baş verməsə də, Britaniya komandası artıq bunu qeyd etməyə başlayıb. Oskar Piastri də McLaren-in şanlı tarixinə öz töhfəsini verir.

Kokpit.az xəbər verir ki, 25 yaşlı avstraliyalıdan McLaren pilotu olmağın onun üçün nə ifadə etdiyi soruşulub.

Oskar Piastri: “Əlbəttə, bu təsirli göstəricidir və McLaren üçün yarışmaq çox, çox gözəldir! Mənim üçün xüsusi xatirələr komandamız üçün qazandığım qələbələrlə bağlıdır və ümid edirəm ki, daha çox yarış qazana biləcəyəm.

Bu həftəsonu bir çox maraqlı hadisələr baş verir, amma qarşıdakı Monako Qran Prisi barədə danışsaq, burada həmişə çətin tapşırıqları həll etmək lazım gəlir. Çünki bu trasda nəsə istədiyiniz kimi getməsə, nəticələri çox ciddi ola bilər.

Ümumilikdə isə hər şeyin necə alınacağını görmək maraqlıdır. Güc qurğusunun işi baxımından vəziyyət daha normal olmalıdır və bizim MCL40 maşınımız yəqin ki, əvvəlki nəsil maşından daha çox bu trasa uyğundur. Düşünürəm ki, bizi maraqlı həftəsonu gözləyir.

Əlbəttə, əvvəlki mərhələ olan Monrealda ideal çıxış etmədik. Buna görə də yarışdan sonra komanda ilə birlikdə qərarvermə prosesini tam təhlil etdik. Həmin vaxt müəyyən səbəblərimiz var idi.

O anda vəziyyət 50/50 idi və yarışdan sonra da demişdim ki, əgər yağış daha bir neçə dəqiqə davam etsəydi, hadisələr tam fərqli inkişaf edə bilərdi. Məsələn, dəqiq bilirəm ki, aralıq yağış təkərləri ilə start almaq istəyən başqa komandalar da var idi, sadəcə onları vaxtında quraşdıra bilmədilər.

Əlbəttə, biz müəyyən məntiqə əsaslanırdıq, amma hesablamalar özünü doğrultmadı. Bu, təhlil edilməli və nəticə çıxarılmalı olan epizodlardan biridir. Daha düzgün hərəkət etmək mümkün idimi, bunu anlamaq lazımdır. Amma hesab edirəm ki, bu hadisəni həddindən artıq dramatikləşdirməyə dəyməz”.

Gilanur Huseynova

Şərh əlavə et