Kokpit.az xatırladır ki, fransalı sürücü Red Bull komandasına bu mövsüm keçib və Kanadada beşinci yeri tutaraq, yeni komandasındakı ən yaxşı nəticəsini əldə edib.
Ayzek Hacar: “Monakoda yarışmağı çox sevirəm. Bu trasda həmişə özümü rahat hiss etmişəm. Burada hər şey mənə təbii gəlir, sürmək həm asan, həm də maraqlıdır. Adətən burada lazım olan sürəti tapa bilirəm.
Bəli, bu həftəsonu mənim əsas rəqibim Maks Ferstappendir. O, burada dəfələrlə qalib gəlib və bu, işi xeyli çətinləşdirir. Amma mən bu trası sevirəm. Təqvimdə uğurlu nəticə qazanmaq istədiyim bir yer varsa, o da məhz Monakodur”.
Gənc fransalı pilot üçün Monako həftəsonu həm sevdiyi trasda özünü göstərmək, həm də Formula 1-in ən güclü sürücülərindən biri hesab olunan komanda yoldaşı ilə müqayisədə səviyyəsini nümayiş etdirmək baxımından vacib sınaq olacaq.




Şərh əlavə et