Monakoya gələn Rassell isə vəziyyətə kifayət qədər fəlsəfi yanaşdığını bildirib və çempionluğun taleyinin artıq əsasən komanda yoldaşının əlində olduğunu deyib.
Corc Rassell: “Vəziyyətə rəqibimin nöqteyi-nəzərindən baxsaq, o, hazırda elə bir mövqedədir ki, böyük üstünlüyünü ya qoruyacaq ya da itirəcək. Çempionluğu əldən vermək riski indi daha çox onun üzərindədir, çünki hər şey əsasən özündən asılıdır.
Mən isə hər yarışdan zövq almağa və hər birini qazanmağa çalışacağam. Mövsüm boyu necə mübarizə aparmışamsa, bundan sonra da eyni şəkildə davam edəcəyəm. Trasdakı yanaşmamı dəyişmək fikrim yoxdur və şəxsi hesabdakı vəziyyətin üzərimdə əlavə təzyiq yaratmasına imkan verməyəcəyəm.
Düşünmürəm ki, hər dəfə maksimum nəticə qazanmağa məcburam. Mövsüm hələ çox uzundur və ilin qalan hissəsində lider mövqedə olan sürücü üçün də çox şey dəyişə bilər.
Mənim məqsədim isə sonda lider olmaqdır. Hazırda rəqibim daha yaxşı nəticələr əldə etsə də, əsas olan çempionatın sonunda kimin zirvədə olacağıdır”.




Şərh əlavə et