McLaren və Ferrari pilotları eyni qayda pozuntusuna yol veriblər. Hər iki sürücü cümə axşamı FIA-nın təşkil etdiyi rəsmi mətbuat konfransına gecikib. Bununla da onlar İdman Reqlamentinin B10.1.1a maddəsini pozublar.
Stüardlar Şarl Lekleri cümə günü yerli vaxtla saat 10:00-da, Lando Norrisi isə 10:10-da dinləyəcəklər.
Əvvəlki hallarda mətbuat konfransına gecikmələr ya cəzasız qalıb, ya da sürücülər rəsmi xəbərdarlıq alıblar. Buna görə də Lekler və Norrisin ciddi sanksiya ilə üzləşməsi gözlənilmir. Bununla belə, yekun qərarı stüardlar verəcəklər.




Şərh əlavə et