Kokpit.az xatırladır ki, niderlandlı sürücü Monreal üçüncü yeri tutub və onun yarış ərzindəki tempi qənaətbəxş olub. İndi isə Avropa mərhələsi başlayır və dördqat Dünya Çempionu daha əvvəl yarış qazandığı Monakonu səbirsizliklə gözləyir.
Maks Ferstappen: “Mayamidə bir neçə vacib addım atdıq. Bolid lazımi tempə daha da yaxınlaşdı və mən sükan arxasında özümü daha rahat hiss etməyə başladım. Daha böyük irəliləyiş əldə etmək üçün işimizi davam etdiririk.
Monakoda düzgün strategiya çox vacib olacaq. Əsas amil isə sıralanma turunun nəticəsi olacaq. Ardıcıl iki yarış həftəsonundan əvvəl bir qədər dincəlmək və ailəmlə vaxt keçirmək imkanının yaranması çox yaxşı oldu”.
Red Bull Powertrains-in texniki direktoru Ben Hockinson isə Kanadadakı podiumun komanda üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Formula 1-də əsas məqsəd qələbə qazanmaqdır. Lakin özümüzün hazırladığımız güc qurğusu ilə əldə etdiyimiz ilk podium qeyd olunmağa layiq nəticədir. Qısa müddətdə görülən işlərin miqyasını nəzərə alsaq, bu böyük nailiyyətdir.
Red Bull Ford Powertrains avtomobil sənayesi və avtoidmanın ən böyük adları ilə mübarizəyə yeni qoşulub. Buna baxmayaraq, artıq lider qrupla eyni tempdə hərəkət etməyimiz qürurvericidir.
Qarşıda hələ uzun yol var və liderlərdən geri qaldığımızı bilirik. Amma sürətlə öyrənirik, potensialımızı artırırıq və düzgün istiqamətdə irəliləyirik. Növbəti yarışlarda da bu inkişafı davam etdirərək Formula 1-in yeni erasında ilk qələbəmizi qazanmağa çalışacağıq”.




Şərh əlavə et