Kokpit.az xatırladır ki, finlandiyalı sürücü bu mövsüm Cadillac-da ilk mövsümünü keçirir və komanda yoldaşı Serxio Peresə nisbətən zəif performans göstərir. Hətta onun komandadan qovulacağı ilə bağlı dedi-qodular da gəzir.
Valtteri Bottas: “Son bir neçə mərhələ mənim üçün asan olmadı. Müxtəlif problemlərlə üzləşdik, amma yeni komanda üçün bu, gözlənilən haldır. Bunlar da öyrənmə prosesinin bir hissəsidir.
Başa düşürük ki, irəliləyiş zaman tələb edir. Lakin artıq komanda ilə yaxşı uyğunlaşmışam. Birlikdə addım-addım irəli gedirik və hər sessiyada daha rəqabətədavamlı oluruq. Bu isə sevindirici haldır.
Monakoda bizi çətin sınaqlar gözləyir, ancaq bu trasda yarışmağı sevirəm və burada nəyə qadir olacağımızı görmək çox maraqlı olacaq”.




Şərh əlavə et