Sportune nəşrinin yaydığı xəbərə görə, Şarl Leklerin yeni müqaviləsi 2027 və 2028-ci illəri əhatə edir, lakin daha iki mövsüm uzadılma imkanı da nəzərdə tutulub. Maraqlıdır ki, bu uzatma avtomatik olmayacaq. Monakolu pilot 2029-cu ildə Ferrari-də qalıb-qalmamaq barədə qərarı özü verəcək və komanda onun seçimini qəbul etməli olacaq. 2030-cu il üçün uzadılma isə artıq Ferrari rəhbərliyinin qərarından asılı olacaq.
Müqavilənin maliyyə tərəfi də diqqət çəkir. Şarl Lekler 2027-ci ildə 40 milyon avro, 2028-ci ildə isə 44 milyon avro əməkhaqqı alacaq. Əgər o, 2029 və 2030-cu illərdə də Ferrari-də çıxış etməyə davam etsə, hesabına əlavə 100 milyon avro köçürüləcək.
Beləliklə, Lekler yeni müqavilə çərçivəsində dörd il ərzində ümumilikdə 184 milyon avro qazanacaq. Bu göstərici ilə o, Formula 1-də ən yüksək maaş alan pilotlar sırasında yalnız Lyuis Həmilton və Maks Ferstappendən geri qalaraq üçüncü yerdə qərarlaşacaq.




Şərh əlavə et