Xəbəri Kokpitdə Oxuyun!

Ben Sulayem V8 mühərriklərin qayıdış tarixini açıqlayıb

FIA-nın prezidenti Məhəmməd ben Sulayem Formula 1-də V8 mühərriklərinin qayıdışı üçün vaxt çərçivəsini açıqlayıb. O, sosial şəbəkələrdə paylaşdığı mesajda bildirib ki, V8 motorların qayıdışı ən gec 2031-ci ildə baş tutacaq, lakin müəyyən şərtlər yerinə yetirilərsə, bu, 2030-cu ildə də mümkün ola bilər.

Kokpit.az xatırladır ki, Formula 1 bu ildən yeni mühərrik reqlamentinə keçsə də, bundan əksər sürücülər narazıdırlar.

Muhammed Ben Sulayem: “Mən Formula 1-ə V8 mühərriklərini qaytarmaq əzmindəyəm. İdeal halda bu, 2030-cu ildə baş verməlidir, amma FIA-nın növbəti reqlament dövrü çərçivəsində 2031-ci ildə mütləq baş tutacaq.

V8 mühərrikləri daha yüngül, daha sadə və daha qənaətlidir, ekoloji təmiz yanacaqlardan istifadə isə onların ekoloji hədəflərimizə uyğun olmasına imkan verir. Ən vacibi isə odur ki, bu mühərriklər azarkeşlərin Formula 1 ilə əlaqələndirdiyi o unikal və həyəcanverici səsi geri qaytarır”.

Bu bəyanat FIA rəhbərliyinin gələcək texniki reqlamentdə daha sadə və emosional baxımdan cəlbedici güc qurğularına qayıtmağa ciddi maraq göstərdiyini nümayiş etdirir.

Rauf Hacıyev

Şərh əlavə et