Xəbəri Kokpitdə Oxuyun!

FİA-nın ofisində növbəti iclas olub

İyunun 2-də FIA-nın London ofisində FIA-nın təkoturacaqlı seriyalar üzrə yarış direktoru Nikolas Tombazis və Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalinin sədrliyi ilə 2026-cı il mövsümünün ikinci Formula 1 Komissiyası iclası keçirilib.

İclasda aerodinamika və kuzov elementləri ilə bağlı reqlamentə kiçik dəyişikliklər razılaşdırılıb. Həmçinin 2027-ci ildə mövsümöncəsi test günlərinin sayının üçdən dördə qaldırılması təklifi təsdiqlənib.

Keçmiş illərin bolidləri ilə keçirilən testlərə (Testing of Previous Cars – TPC) dair qaydalarda edilən dəyişikliklər də təsdiqini tapıb. Yeni qaydalara əsasən, növbəti il dünya çempionatının mərhələsinin keçiriləcəyi traslarda bu cür testlərin keçirilməsi məhdudlaşdırılacaq.

Qeyd edək ki, normativ sənədlərdə nəzərdə tutulan bütün dəyişikliklər hələ FIA Dünya Avtomobil İdmanı Şurası tərəfindən təsdiqlənməlidir.

Rauf Hacıyev

Şərh əlavə et