L.Louson: Gələn il üçün müqavilə bağlamağa hazıram
Liam Lousonun Racing Bulls ilə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Liam Lousonun Racing Bulls ilə müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Kokpit.az xəbər verir ki, yeni zelandiyalı pilot Monakoda bildirib ki, komandanın heyətlə bağlı qərarını dekabra qədər gözləmək istəmir və yeni müqaviləni elə indi imzalamağa hazırdır.
Liam Louson: “Hazırda gələcək planlarım barədə düşünmürəm, çünki bu barədə danışmaq üçün hələ tezdir. Mən diqqətimi mövsümün ilk yarışlarında göstərdiyimiz sabitliyi qorumağa və ilin sonuna qədər eyni tempdə çıxış etməyə yönəltmişəm.
Əlbəttə, qərarı dekabra qədər gözləmək istəmirəm, amma bu mənim seçimim deyil. Əgər bu məsələ məndən asılı olsaydı, gələn il üçün müqaviləni elə indi imzalayardım. Amma bu cür qərarlar bir çox amildən asılıdır.
Hazırda sadəcə diqqətimi mövsümün sonuna qədər sabit çıxış etməyə yönəltmişəm”.
Racing Bulls komandasının sürücüsü Liam Louson bildirib ki, təhlükəsizlik avtomobilindən sonra Lindbladla təmasa hazırlıqsız yaxalanıb.
Zədələnən Ayzek Hacarı ardıcıl üç yarışda əvəz edən Liam Louson Bakıda Racing Bulls komandasına qayıdacaq.
İmolada 2027-ci il mövsümü üçün hazırlanan Pirelli prototip təkərlərinin iki günlük sınaqları başa çatıb. İlk gün Ferrari-nin əsas pilotları çalışıb, ikinci gündə isə iki komandadan üç pilot trasda olub.
Copyright © 2026 · Bütün hüquqlar qorunur
Şərh əlavə et