Xəbəri Kokpitdə Oxuyun!

Monakoda bir pit-stop gözlənilir

Monako Qran Prisi təkcə idman hadisəsi deyil, həm də Formula 1 təqviminin ən parlaq dünyəvi tədbirlərindən biridir. Buna görə də Pirelli şirkəti bu mərhələyə hər zaman xüsusi hazırlıq görür.

Bu həftəsonu sürücülərin ixtiyarına ən yumşaq üç təkər tərkibi veriləcək: C3, C4 və C5. Onlar müvafiq olaraq Hard, Medium və Soft kimi istifadə olunacaq.

Trasın bəzi hissələrində yeni asfalt örtüyü salınsa da, bunun təkərlərin aşınmasına ciddi təsir göstərməsi gözlənilmir. Monakoda təkərlərə düşən yüklənmə ümumiyyətlə aşağı olur və əsasən döngələrdən çıxış zamanı sürətlənmə mərhələsində özünü göstərir.

Knyazlıqda keçirilən yarışlar adətən bir pit-stop strategiyası ilə başa çatır. İstisna yalnız ötən il olmuşdu. Həmin vaxt FIA Monako Qran Prisində iki məcburi pit-stop qaydası tətbiq etmişdi, lakin hazırda bu qayda ləğv olunub.

Strategiyaya təsir göstərə biləcək əsas amillərdən biri Təhlükəsizlik Maşınının (Safety Car) trasa çıxması və qırmızı bayraqların göstərilməsidir. Monako trasında bu cür fasilələr kifayət qədər tez-tez baş verdiyindən, komandaların taktiki planları yarış ərzində sürətlə dəyişə bilər.

Rauf Hacıyev

Şərh əlavə et