Rəsmi açıqlamada bildirilir ki, “rebrendinq FIA-nın gənclər formula seriyaları sistemindəki yeri və Formula 1 ilə daha sıx əlaqəni vurğulayır. Yeni vizual üslub Formula 1-in tanınmış brendi ilə uyğunluq təşkil edir və Formula 2 ilə Formula 3 dünyanın ən perspektivli gənc pilotları üçün Formula 1-ə gedən yolun son pillələri rolunu əks etdirir.
Hər iki loqotip daha sadə və lakonik formaya salınıb. Eyni şrift üslubundan istifadə olunması onlara daha təmiz və müasir görünüş qazandırıb”.
Formula 2 və Formula 3-ün icraçı direktoru Bruno Mişel: “Formula 1 və FIA ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış yeni Formula 2 və Formula 3 loqotiplərini təqdim etməkdən məmnunuq. Məqsədimiz gənc pilotların Formula 1-ə yüksəliş yolunu daha aydın göstərmək idi.
Mavi rəng həmişə Formula 2-nin kimliyinin bir hissəsi olub və azarkeşlər üçün yaxşı tanışdır. Formula 3-ə gəldikdə isə, fürsətdən istifadə edərək loqotipə tamamilə yeni, parlaq və dinamik narıncı rəng əlavə etdik. İnanırıq ki, bu yenilik seriyanın azarkeşlərinin xoşuna gələcək”.




Şərh əlavə et