Xəbəri Kokpitdə Oxuyun!

McLaren yeni qanadı yenə test edəcək

McLaren komandasının rəhbəri Andrea Stella təsdiqləyib ki, Kanadada ilk dəfə sınaqdan keçirilən yeni ön qanadın testləri Monako Qran Prisi həftəsonunda da davam etdiriləcək.

Monrealda bu qanad cümə günü keçirilən məşq sessiyasında yoxlanılıb, lakin daha sonra komanda onu əvvəlki, özünü doğrultmuş versiya ilə əvəz edib. Bununla belə, Oskar Piastri yeniliklə özünü kifayət qədər rahat hiss edib. Lando Norris isə modernləşdirilmiş qanadla maşının davranışından o qədər də razı qalmayıb, lakin Monakoda işlər davam etdiriləcək.

Andrea Stella: “Aerodinamika baxımından bu qanadın müəyyən xüsusiyyətlərinin olduğunu bilirdik. Onu sınaqdan keçirdik və daha çox məlumat toplamaq üçün bir sıra eksperimentləri təkrarlamaq istəyirik.

Kanada kimi tras üçün bu qanad uyğun görünürdü, baxmayaraq ki, maşının performansına ciddi təsir göstərəcəyini düşünmürdük.

Sadəcə, maşının konfiqurasiyasına etdiyimiz dəyişiklikləri tam başa düşdüyümüzə əmin olmaq istəyirik. Keçmişdə komanda yenilikləri uğurla tətbiq etsə də, müəyyən mərhələ üçün hazırlanmış bütün yeniliklər həmişə həmin yarışda istifadə olunmayıb.

Bəzən hansısa elementi sadəcə eksperiment məqsədilə sınaqdan keçiririk ki, trasda gördüyümüz nəticələrlə bazada malik olduğumuz bütün alətlər vasitəsilə aparılan hesablamalar arasındakı uyğunluğu daha dəqiq anlaya bilək.

Ona görə də Monakoda bu qanadı yenidən maşınlarımızda görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et