Mühəndislər növbəti addımı komandanın ev yarışı sayılan Şpilberq mərhələsində atmağa ümid edirlər.
Texniki direktor Pyer Vaşe bildirib ki, bolidin çəkisinin azaldılması maşının rəqabət qabiliyyətini artırmalıdır.
Pyer Vaşe: “Çəki baxımından daha bir addım atmalıyıq. Bu, maşını daha rəqabətədavamlı etməlidir. Bunun nə vaxt olacağını hələ bilmirəm, amma çəki azaltma üzərində işləməyə davam edəcəyik. Ola bilsin ki, növbəti addım Avstriya mərhələsinə təsadüf etsin. Bir qədər də gözləmək lazımdır. Kanadada kiçik yenilik olacaq, daha sonra isə əlavə irəliləyiş etməliyik”.




Şərh əlavə et