Azərbaycan Qran Prisi Katy Perry ilə daha maraqlı olacaq

Azərbaycan Qran Prisi Katy Perry ilə daha maraqlı olacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Dünya şöhrətli Katy Perry 2026 Formula 1 Qatar Airways Azərbaycan Qran Prisində səhnə alacaq

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli atmosfer vəd edir. Yubiley proqramının əsas hadisələrindən biri isə dünya şöhrətli ifaçı Katy Perry-nin Bakıda səhnə alması olacaq. Qlobal musiqi səhnəsinin ən parlaq və nüfuzlu simalarından biri olan sənətçi 25 sentyabr tarixində keçiriləcək xüsusi gecədə minlərlə Formula 1 azarkeşinə unudulmaz şou təqdim edəcək.

Katy Perry beynəlxalq musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. Sənətçinin mahnıları ümumilikdə 115 milyarddan çoxdinlənmə toplayıb, albom satışları isə 70 milyonu ötüb. “Firework”, “Roar” və “Dark Horse” kimi qlobal hitləri iləyeddi “Diamond” sertifikatı qazanan müğənni rekordlar qıran dünya turları və möhtəşəm səhnə performansları ilə tanınır.

Daha əvvəl məlumat verildiyi kimi, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Calvin Harris də çıxış edəcək. İndi isə bu möhtəşəm siyahıya qlobal səhnənin əntanınmış ifaçılarından biri — Katy Perry qoşulur. Beləliklə, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin 10 illik yubileyi yalnız tras üzərindəki həyəcanla deyil, həm də Bakıda keçiriləcək möhtəşəm musiqi proqramı ilə yadda qalacaq. Katy Perry-nin çıxışı isə yarış həftəsonuna minlərlə azarkeş üçün unudulmaz atmosfer, emosiyalar və festival ruhu qatacaq.

Yarış həftəsonuna 4 günlük bilet sahibləri yüksək sürətli trek yarışlarını və möhtəşəm konsert proqramlarını izləmək üçün eksklüziv imkan qazanacaq.

Biletlərinizi rəsmi www.bakucitycircuit.com  veb səhifəsindənvə ya Baku City Circuit mobil tətbiqindən əldə edə bilərsiniz.

Ən son xəbərlərdən məlumatlı olmaq üçün @BCC -ni Instagram, Facebook və X hesablarında izləyin.

Bunları da oxuyun

Şərh əlavə et