Xəbəri Kokpitdə Oxuyun!

2026 Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi üçün Könüllü Qeydiyyatı Açıldı

Qeydiyyat yalnız BCC mobil tətbiqi vasitəsilə mümkündür

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin 10 illik yubiley buraxılışı üzrə Könüllü Proqramına müraciətlərin başladığını elan edir. Bu proqram iştirakçılara dünyanın ən nüfuzlu idman tədbirlərindən birinin təşkilində yaxından iştirak etmək imkanı yaradır.

Müraciətlər 4 may tarixindən etibarən açıqdır yüksək maraq və rəqabətli seçim prosesi nəzərə alınaraq namizədlərəgecikmədən müraciət etmələri tövsiyə olunur.

Kimlər müraciət edə bilər?

Əgər siz məsuliyyətli, enerjili, ünsiyyətcil komanda mühitində işləməyi bacaran birisinizsə, bu proqram sizin üçündür.

Könüllülər üçün minimum yaş həddi 16 yaşdır. Xarici dil biliklərinə malik namizədlərə seçim prosesində üstünlük veriləcək.

2025-ci ildə rekord sayda – 30,000-dən çox müraciət qeydə alınmış, onlardan yalnız 2,000 könüllü seçilmişdir, bu da proqramın yüksək rəqabət səviyyəsini göstərir.

Necə müraciət etmək olar

Müraciətlər bu ildən etibarən yalnız BCC mobil tətbiqi vasitəsilə qəbul olunur qeydiyyat tamamilə bu platforma üzərindən həyata keçirilir.

Yüklə:
👉 https://www.bakucitycircuit.com/volunteers

Əlaqə: +994 12 404 13 83

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin (24–26 sentyabr) pərdəarxası proseslərinə qoşulmaq yarışın təşkilini yaxından izləmək fürsətini qaçırmayın.

İndi müraciət edinBakı yarışının bir hissəsi olun.

Rauf Hacıyev

Şərh əlavə et