Bütün halları nəzərdən keçirən stüardlar belə qənaətə gəliblər ki, Lando dövrənin böyük hissəsini icazə verilən sürətlə qət edib. Lakin 17-ci döngədən əvvəl onu gözlənilmədən Niko Hülkenberq ötüb. Nəticədə Norris sürəti azaltmağa məcbur olub ki, sürətli dövrəyə başlamazdan əvvəl qarşıdakı maşınla lazımi məsafəni yaratsın. Stüardlar bunu yüngülləşdirici hal kimi qiymətləndirib və onun əsassız şəkildə yavaş hərəkət etmədiyinə qərar veriblər.
Beləliklə, McLaren komandasının sürücüsü cəzadan yayınıb və şənbə günü keçiriləcək sprint yarışına poul mövqeyindən start verəcək.




Şərh əlavə et