Xəbəri Kokpitdə Oxuyun!

A.Elbon cərimələnib

 Stüardlar Mayami Qran Prisinin sprint üçün sıralanma turunun ilk sessiyasında Aleks Elbonun hərəkətlərini araşdırıb və belə qənaətə gəliblər ki, Williams komandasının sürücüsü 6-cı döngədə tras limitlərini pozub.

Nəticədə onun ilk sessiyada göstərdiyi ən yaxşı nəticə olan 1:30.988  ləğv edilib. Bu nəticə ona ikinci hissəyə yüksəlmək imkanı vermişdi. Ardınca Elbonun ikinci sessiyada vurduğu bütün dövrələr də silinib, çünki o, ümumiyyətlə həmin sessiyada iştirak etməməli idi.

Qərarın nəticəsində Elbon protokolda mövqelər itirərək 14-cü yerdən 19-cu yerə geriləyib.

Rauf Hacıyev

Şərh əlavə et