Xəbəri Kokpitdə Oxuyun!

Elbon və Norris stüardlar tərəfindən çağırılıblar

Mayami Qran Prisinin sprint üçün sıralanma turundan sonra Lando Norris və Aleks Elbon stüardların yanına çağırılıb.

Hazırkı Dünya Çempionu Lando Norris yarış direktorunun təlimatını pozmaq ehtimalına görə çağırılıb. Belə ki, o, kvalifikasiya zamanı trasda həddindən artıq yavaş hərəkət edib.

Aleks Elbonun pozuntusu isə fərqlidir. Williams  komandasının sürücüsü kvalifikasiyanın ilk hissəsində 6-cı döngədə tras limitlərini aşıb. Məhz buna görə 17-ci nəticəni göstərən Liam Louson ikinci sessiya zamanı maşında qalaraq gözləyirdi ki, Elbon tezliklə cəzalandırılsın və 16-cı yerdən aşağı düşsün, beləliklə özü mübarizəni davam etdirə bilsin.

Rauf Hacıyev

Şərh əlavə et