Xəbəri Kokpitdə Oxuyun!

Elbon: Ümid edirəm Alonso ilə qarşılaşmaram

Aleks Albon ABŞ Qran Prisində Fernando Alonso ilə yaşadığı təmasdan sonra hər hansı səhvə yol vermədiyi barədə fikrini bir daha təkrarlayıb.

Tatlandlı sürüdü Ostindəki yarışın ilk dövrəsində 11-ci döngədə Fernando Alonsonun bolidinin sol tərəfinə toxunub. Təmas Aston Martin-in aerodinamik hissələrinə zərər vuraraq bolidin performansına mənfi təsir göstərib.

Hər iki pilot aldığı zədələr səbəbindən yarışı xal qazana bilmədən başa vurub. Yarışdan sonra Alonso orta qrupun arxa sıralarında mübarizə aparan pilotların performansını tənqid edib.

Meksika Qran Prisi öncəsi mətbuat günü zamanı bu mövzuya yenidən qayıdan Alonso tənqidlərinin bütün pilotlara aid olmadığını, lakin kimi nəzərdə tutduğunun hər kəsə məlum olduğunu bildirib: “Neçə nəfəri nəzərdə tutduğumu dəqiq deməyəcəyəm, amma hansı pilotlardan danışdığımı hamımız bilirik.

Bu, hər şeyi izah edir. Hələ də eyni fikirdəyəm: Albonun etdiyi səhv idi və buna heç bir ehtiyac yox idi. Həmin anda necə fürsət gördüyünü anlamaqda hələ də çətinlik çəkirəm”.

Alonsonun açıqlamalarına cavab verən Elbon ispaniyalı pilota böyük hörmət bəslədiyini, lakin baş verən təmasın məsuliyyətini öz üzərinə götürmədiyini bildirib: “Əvvəlcə Fernandoya böyük hörmət bəslədiyimi demək istəyirəm. Məncə, o, möhtəşəm pilotdur və uşaqlıqda özümə nümunə götürdüyüm sürücülərdən biri olub. Nümunə aldığınız pilotla yarışarkən ondan belə fikirlər eşitmək, əlbəttə, xoş deyil. Amma onunla razılaşmıram.

Məncə, hamımız qrupun arxa sıralarında öz mübarizəmizi aparırıq. Bunun pilotların səviyyəsi ilə əlaqəli olduğunu düşünmürəm. Fikrimcə, start düzülüşündə uzun müddətdir gördüyümüz ən yüksək rəqabət səviyyəsi var. Yarışdan sonrakı açıqlamalar da çox vaxt hadisənin yaratdığı emosiyaların təsiri altında verilir. Buna görə də deyilənlərə müəyyən qədər ehtiyatla yanaşmaq olar.

Məncə, yaxşı mübarizə apardıq. Aramızda maraqlı mübarizə getdiyini düşünürdüm. Görünür, Fernando mənimlə eyni fikirdə deyil. Amma yarış boyu bir-birimizlə mübarizə apardıq. Hətta təmasın özündə belə bolidlərin trasdakı mövqelərinə görə vəziyyətin 50-50 olduğunu düşünürdüm.

Ümid edirəm ki, bu həftəsonu yarış zamanı döngələrdə və ya başqa bir yerdə Fernando ilə yolumuz kəsişməz”.

Rauf Hacıyev

Şərh əlavə et