Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Nəticədən razıyam

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, sprint sıralanmasında işlər onun üçün heç də qaydasında getməyib. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Mayamidəki sprint sıralanma turunda üçüncü olub.

Oskar Piastri: “Razıyam, nəticədən məmnunam. Maşının yaxşı potensialı var və bu sevindiricidir. Hələ işləməli olduğumuz məqamlar var, amma yeniləmələr bizə böyük addım atmağa imkan verdi. Bütün komandaya zəhmətlərinə görə təşəkkür edirəm. Landonu təbrik edirəm. Bu gün mənim üçün hər şey alınmadı, lakin onun nəticəsi maşının potensialını göstərir.

Ferrari maşınları gün boyu sürətli idilər, ancaq biz onları qabaqlaya bildik və bu, yaxşı nəticədir. Düşünürdük ki, Mercedes favorit olaraq qalacaq, amma burada hələlik əvvəlki kimi dominant deyillər. Bugünkü səhvlərdən nəticə çıxaracağıq, sprintdə nə alınacağını görəcəyik, sonra isə diqqəti əsas yarış üçün kvalifikasiyaya yönəldəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et