Mayamidəki sprint üçün sıralanma turunda Mercedes sürücüləri açıq favorit sayılmırdı. Amma Kimi Antonelli mübarizə apararaq ikinci nəticəni göstərib.
Kimi Antonelli: “Kifayət qədər qarışıq bir kvalifikasiya oldu. Maşınla ciddi problemlərim vardı. Medium təkərlərdə yaxşı dövrə vura bildim, amma Soft-da maşın birdən “dirildi” və sükan arxasında özümü daha rahat hiss etdim.
Təəssüf ki, məşqdə Soft təkərləri yoxlamadıq. Düşünürəm ki, daha yaxşı nəticə əldə etmək olardı. Amma buna baxmayaraq, yaxşı nəticədir və komanda geri qayıtmaq üçün yaxşı iş gördü. Artıq şənbəni səbirsizliklə gözləyirik, baxmayaraq ki, axşam hələ də maşını necə daha sürətli edəcəyimizi düşünməliyik.
Bu həftəsonunun çətin keçəcəyini gözləyirdik, çünki bütün komandalar ciddi yeniliklər gətiriblər. Onlar nəinki fərqi azaltdılar, bəziləri hətta önə də keçdilər.
McLaren bizdəki ilə eyni güc qurğusundan istifadə edir və maşını xeyli təkmilləşdiriblər, ona görə də onların liderliyi gözləniləndir. Lakin məncə, mübarizə apara bilərik və bunu şənbə və bazar günü etməyə hazırıq




Şərh əlavə et