Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Hər şey ideal oldu

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Mayami sprint sıralanma turunda hər şey onun üçün ideal olub.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü  Mayami Qran Prisinin sprint sıralanma turunda poul qazanıb. O, bu trasda  iki il əvvəl karyerasının ilk qələbəsini əldə etmişdi. Görünür, son Dünya Çempionu bu trasın “kodunu açıb”.

Lando Norris: “Hər şey əladır, nəticə ideal oldu və bu, komandanın zəhmətinə ən yaxşı cavabdır, çünki bu həftəsonu maşında kifayət qədər texniki yeniliklər var. Yenidən maşının trasda yaxşı davrandığını hiss etmək çox xoşdur, Vokinqdə çalışan hər kəsə təşəkkür edirəm.

Düzünü desəm, Mayamini həmişə sevmişəm – həm trası, həm də onun ətrafındakı atmosferi. Təbii ki, həftəsonu hələ yeni başlayır, qarşıda çox şey var, amma belə nəticə ilə başlamaq əladır.

Vu trasda həmişə güclü olduğumuzu bilirdik və yeniliklərin bizə irəliləyiş qazandıracağını düşünürdük. Elə də oldu. Hesablamalarımızın doğrulması sevindiricidir, komanda buna layiqdir. İlk dövrədən etibarən özümü sükan arxasında rahat hiss edirdim və arxa təkərlərin trası yaxşı tutduğunu hiss edirdim”.

Rauf Hacıyev

Şərh əlavə et