Xəbəri Kokpitdə Oxuyun!

16 maşının güc qurğusunda dəyişiklik edilib

FIA 16 maşında güc qurğusunun elementlərinin dəyişdirildiyini təsdiqləyib.

Yeni daxili yanma mühərrikləri, turbinlər və əlavə komponentlər McLaren, Mercedes, Ferrari, Williams, Aston Martin və Alpine komandalarının sürücülərinə verilib.

Ferrari və Audi sürücüləri yeni MGU-K ilə təmin olunublar, Ləns Stroll və Oliver Berman isə yeni enerji batareyaları alıblar.

Bütün dəyişikliklər icazə verilən limit çərçivəsindədir, buna görə heç bir cəza tətbiq olunmayacaq.

Rauf Hacıyev

Şərh əlavə et