Kokpit.az xatırladır ki, italyan sürücü mövsümün geridə qalan 3 yarışınsan ikisində qalib olub.
Kimi Antonelli: “Çində və Yaponiyada qalib gələ bildim, indi isə burada yeni start bizi gözləyir və mübarizəyə hazıram. Bilirəm ki, asan olmayacaq, ona görə də səviyyəmi qorumaq və ya daha da yüksəltmək vacibdir.
Keçən il ilk poulumu qazandığım trasa qayıtmaq xoşdur. Sprint kvalifikasiyasında qalib gəlmişdim. Maraqlı həftəsonu gözlənilir. Biz çox az yenilik gətirmişik, rəqiblər isə ciddi yeniliklər hazırlayıblar. Görək nəticə necə olacaq. Yəqin ki, onlar bizə daha da yaxınlaşacaqlar və sıx mübarizə olacaq.
Ferrari və McLaren-in tempi çox yaxşıdır, Red Bull da fərqi azaltmağa çalışacaq. Mən isə hər yarışa ayrı-ayrılıqda fokuslanıram. Ümumi nəticə və ya çempionat barədə düşünmürəm, sadəcə yarışdan-yarışa irəliləyirəm.
Ətrafımda çox yaxşı komanda var, o cümlədən Bono. [Piter Bonninqton – baş yarış mühəndisi və Antonellinin mühəndisi] O, ilk növbədə mənə sabit qalmağa kömək edir, sonra isə böyük təcrübəsi ilə istiqamət verir.
Corc kimi çox güclü və sürətli komanda yoldaşım var. Rəqiblər getdikcə yaxınlaşacaq, buna görə də mən daim səviyyəni yüksəltməli və maksimum nəticə əldə etməliyəm. Aydındır ki, məqsədim mövsümün sonuna qədər bu mövqeni qorumaqdır, amma bu asan olmayacaq”.




Şərh əlavə et